"Barselona" darmadağın oldu, "Liverpul" inamlı qələbə qazandı

"Barselona" darmadağın oldu, "Liverpul" inamlı qələbə qazandı UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib. "Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Futbol
17 Fevral , 2021 01:52
Barselona darmadağın oldu, Liverpul inamlı qələbə qazandı

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib. "Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib. Həftənin ən maraqla gözlənilən oyunu İspaniyada gerçəkləşib. “Barselona” "Nou Kamp"da Fransa çempionu PSJ-ni qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 4:1.

Hərçənd, hesabı meydan sahibləri açıb. Lionel Messi 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək, ardıcıl 17-ci təqvim ilində Avropanın ən nüfuzlu klub turnirində fərqlənməyi bacarıb.

Lakin "Barselona"nın sevinci uzun sürməyib. 32-ci dəqiqədə Kilian Mbappe bərabərlik qolunu vurub. Fransalı hücumçu 65-ci dəqiqədə PSJ-ni önə çıxarıb. 70-ci dəqiqədə Moyze Kin PSJ-nin üçüncü qolunu vurub. 85-ci dəqiqədə isə Mbappe het-trik edərək, oyunda son nöqtəni qoyub. Gecənin digər qarşılaşmasında İngiltərə "Liverpul"u Almaniya "Leyptsiq"inin qonağı olub. Koronavirus səbəbindən matç Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da oynanılıb. Bu görüşdə də nominal qonaq komanda qələbə qazanıb - 2:0. 53-cü dəqiqədə Məhəmməd Salah, 58-ci dəqiqədə isə Sadio Mane fərqlənib. Çempionlar Liqası 1/8 final mərhələsi, ilk oyunlar 16 fevral 24:00. “Leyptsiq” (Almaniya) – “Liverpul” (İngiltərə) - 0:2 Qol: Məhəmməd Salah, 53. Sadio Mane, 58

24:00. “Barselona” (İspaniya) - PSJ (Fransa) - 1:4

Qollar: Lionel Messi, 28 (pen.) - Kilian Mbappe, 32; 65; 85. Moyze Kin, 70

Qeyd edək ki, cavab görüşləri martın 10-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi