Bakıdakı Avropa Liqası finalı ilə bağlı rekord göstərici qeydə alınıb

Bakıdakı Avropa Liqası finalı ilə bağlı rekord göstərici qeydə alınıb UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Könüllülər Proqramına müraciət mərhələsində rekord göstərici qeydə alınıb.
Futbol
126
6 May , 2019 14:05
Bakıdakı Avropa Liqası finalı ilə bağlı rekord göstərici qeydə alınıb

UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Könüllülər Proqramına müraciət mərhələsində rekord göstərici qeydə alınıb.

"Report"un məlumatına görə, dekabrın 13-dən yanvarın 31-dək davam edən qeydiyyat prosesində 3000-dən çox könüllünün qeydiyyatdan keçməsi ilə Avropa Liqasının, eləcə də UEFA klub yarışlarının finalı tarixində ilkə imza atılıb.

Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Könüllülər Proqramına müraciət mərhələsində rekord göstərici qeydə alınıb. Dekabrın 13-dən bu il yanvarın 31-dək davam etmiş qeydiyyat prosesində 3000-dən çox könüllünün qeydiyyatdan keçməsilə Avropa Liqasının, eləcə də UEFA klub yarışlarının finalı tarixində ilkə imza atılıb.

Müsahibə mərhələsinə dəvət olunan könüllülərdən isə yalnız 1364 namizəd proqrama qoşulmaq şansı əldə edib.

Qeyd edək ki, proqrama qoşulan könüllülər üçün ümumi təlimlərə artıq start verilib. Təlimlər 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatı zamanı Sankt-Peterburq şəhərindəki “Zenit Arena”da fəaliyyət göstərən təlimçilər tərəfindən aparılır. Hər gün saat 10:00-dan 19:00-dək davam edən təlimlərə mayın 3-də yekun vurulub.

Son xəbərlər

Orphus sistemi