Bakı Olimpiya Stadionu 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər.
"Report" xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Bakı ilə yanaşı, İspaniyanın paytaxtı Madrid də eyni ildə qitənin ən nüfuzlu klub turnirini təşkil etməkdə maraqlıdır. İspanlar həlledici qarşılaşmanı "Metropolitano" stadionunda keçirməyi planlaşdırırlar.
Rəsmi müraciətlər 19 mart 2025-ci ilə qədər təqdim olunmalıdır. UEFA İcraiyyə Komitəsi may ayında finalın keçiriləcəyi stadionu müəyyənləşdirəcək.
Bakı Olimpiya Stadionu 68700, "Metropolitano" stadionu isə 70000 azarkeş tutumuna malikdir.
Xatırladaq ki, Bakı Olimpiya Stadionu 2019-cu ildə "Çelsi" və "Arsenal" arasında keçirilən UEFA Avropa Liqasının final oyununa ev sahibliyi edib.