"Bakı"nın bazasındakı meydançalar avqustun sonlarınadək qaydasına düşəcək

"Bakı"nın bazasındakı meydançalar avqustun sonlarınadək qaydasına düşəcək Yaşar Seyidov: "Bakı"nın stadionları olmasaydı, dünya çempionatı Azərbaycandan alınacaqdı"
Futbol
22 İyul , 2015 13:13
Bakının bazasındakı meydançalar avqustun sonlarınadək qaydasına düşəcək

Bakı. 22 iyul. REPORT.AZ/ "Bakı"nın bazasındakı hazırda pis vəziyyətdə olan meydançalar avqustun sonlarınadək qaydasına düşəcək. "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında klubun icraçı direktoru Yaşar Seyidov deyib. "Artıq yeni şirkətlə əməkdaşlığa başlamışıq. Tezliklə işlərə başlanılacaq. Stadionların saxlanılması maliyyə baxımından asan məsələ deyil. Amma biz çalışırıq ki, bu məsələni öz imkanlarımız hesabına həll edək", - o deyib.

Y.Seyidov qeyd edib ki, "Bakı"nın bazasındakı stadionlar olmasaydı, 17 yaşadək qızlar arasında dünya çempionatı 2012-ci ildə Azərbaycandan alınaraq Macarıstana veriləcəkdi. 

O bildirib ki, 2012-ci ildə UEFA və FİFA prezidentləri ilə görüşdə bazadakı stadionların qısa müddətə hazır olacağına söz verilib. Bundan sonra Hollandiya şirkəti ilə danışıqlar apararaq, meydançaların dünya çempionatına qatılacaq komandaların məşqləri üçün hazırlanması təmin olunub.

Son xəbərlər

Orphus sistemi