“Bakı” futbol klubu yubileyinə “Atletiko” və “Lans”ı dəvət edəcək

“Bakı” futbol klubu yubileyinə “Atletiko” və “Lans”ı dəvət edəcək Yubiley münasibətilə turnir təşkil olunacaq
Futbol
1 Noyabr , 2014 09:48
“Bakı” futbol klubu yubileyinə “Atletiko” və “Lans”ı dəvət edəcək
Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycanın "Bakı" futbol klubu 10 illik yubileyi münasibətilə İspaniyanın "Atletiko" və Fransanın "Lans" klubunu Azərbaycana dəvət edəcək. Klubdan "Report"a verilən məlumata görə, səfər 2015-ci ilin yanvarına planlaşdırılıb. 

Həmin vaxt Bakıda yubileylə əlaqədar beynəlxalq turnir təşkil olunacaq. Tədbirin qış fasiləsi müddətinə salınması hazırda Avropa ölkələrində milli çempionatların davam etməsi ilə bağlıdır. Bakıya isə "Atletiko" və "Lans"ın gənclərdən ibarət komandaları gələ bilər. 

Qeyd edək ki, "Atletiko" və "Lans" "Bakı"nın tərəfdaşlarıdır. 

Son xəbərlər

Orphus sistemi