Azərbaycanlı futbolçunun çıxış etdiyi Rusiya klubunun baş məşqçisi dəyişib

Azərbaycanlı futbolçunun çıxış etdiyi Rusiya klubunun baş məşqçisi dəyişib Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi Rusiyanın "Ufa" klubunun baş məşqçisi Sergey Tomarov istefa verib.
Futbol
7 Noyabr , 2018 14:48
Azərbaycanlı futbolçunun çıxış etdiyi Rusiya klubunun baş məşqçisi dəyişib
0 : 00
0 : 00

Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi Rusiyanın "Ufa" klubunun baş məşqçisi Sergey Tomarov istefa verib.

"Report" xəbər verir ki, məlumatı klub yayıb.

"Ufa" rəhbərliyi 36 yaşlı mütəxəssisin işdən ayrılmaqla bağlı ərizəsini qəbul edib. Komandanın artıq yeni baş məşqçisi də müəyyənləşib. Bu postda S.Tomarovu Dmitri Kriçenko əvəzləyib.

Qeyd edək ki, Sergey Tomarov bu ilin iyun ayından "Ufa"ya rəhbərlik edib. Komanda Rusiya Premyer Liqasının XIII turunda Azərbaycan millisinin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov"a uduzub - 1:2. "Ufa" turnir cədvəlində 11 xalla 15-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, "Ufa"da çıxış edən Azər Əliyevin Azərbaycan millisinə cəlb olunması gündəmdədir. O, "Realnoe vremya"ya müsahibəsində Azərbaycan haqqında da danışıb.

Son xəbərlər

Orphus sistemi