Azərbaycanlı futbolçunun çıxış etdiyi komanda Rusiya Premyer Liqasında qələbə qazanıb

Futbol
  • 05 noyabr, 2018
  • 16:17
Azərbaycanlı futbolçunun çıxış etdiyi komanda Rusiya Premyer Liqasında qələbə qazanıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" klubu Rusiya Premyer Liqasında növbəti matçını keçirib.

"Report" xəbər verir ki, komanda XIII turda səfərdə "Ufa" kollektivi ilə üz-üzə gəlib. 

Qarşılaşma Ramilin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. 22 yaşlı hücumçu 70-ci dəqiqədə Alan Çoçiyevin yerinə meydana daxil olub.

Qeyd edək ki, bu nəticədən sonra "Krılya Sovetov" 14 xalla 13-cü pillədə qərarlaşıb.