Azərbaycanlı futbolçunu öldürən erməni idmançıya hökm oxunub

Azərbaycanlı futbolçunu öldürən erməni idmançıya hökm oxunub Tiqran Çiçakyan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək
Futbol
13 İyul , 2016 15:42
Azərbaycanlı futbolçunu öldürən erməni idmançıya hökm oxunub

Bakı. 13 iyul. REPORT.AZ/ Rusiyanın Yekaterinburq şəhər Məhkəməsində azərbaycanlı sabiq futbolçu Emil Hüseynovu qətlə yetirən qarışıq döyüş (MMA) üzrə idman ustalığına namizəd Tiqran Çiçakyana hökm oxunub.

"Report"un məlumatına görə, erməni idmançı 9 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. 

Qeyd edək ki, Emil Hüseynov Rusiyanın Yekaterinburq şəhərində 2015-ci il aprelin 19-da ermənilərlə dava zamanı bıçaqlanıb. Hüseynov futbolçu karyerası ərzində "Neftçi", fəaliyyətini dayandırmış "Karvan" və "Abşeron" komandalarının formasını geyinib. O, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edib. "Abşeron"un da 2011-ci ildə dağılmasından sonra həmyerlimiz futbolla vidalaşaraq, Rusiyaya işləməyə yollanıb və bazarda alverlə məşğul olub. O, 28 yaşında ikən dünyasını dəyişib. 

Son xəbərlər

Orphus sistemi