Azərbaycanlı futbolçu Türkiyə klubunda növbəti qolunu vurub

Azərbaycanlı futbolçu Türkiyə klubunda növbəti qolunu vurub Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyənin "Keçiörengücü" klubunda növbəti qolunu vurub.
Futbol
7 Noyabr , 2021 16:31
Azərbaycanlı futbolçu Türkiyə klubunda növbəti qolunu vurub

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyənin "Keçiörengücü" klubunda növbəti qolunu vurub.

"Report"un məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi evdə "Gençlerbirliyi"ni 2:0 hesabı ilə məğlub etdikləri TFF-1-ci liqasının XII tur matçında fərqlənib.

39-cu dəqiqədə oyuna daxil olan İsgəndərli 51-ci dəqiqədə hesabı açıb. Bu, onun Ankara təmsilçisində cari mövsüm 3-cü qoludur.

Qeyd edək ki, "Keçiörengücü" hazırda 10 xalla 16-cı pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi