Azərbaycanda oyun zamanı rəqibin etnik mənsubiyyətini təhqir edən futbolçu cəzalanıb

Azərbaycanda oyun zamanı rəqibin etnik mənsubiyyətini təhqir edən futbolçu cəzalanıb "Qarabağ"a isə xəbərdarlıq olunub
Futbol
6 Dekabr , 2016 13:44
Azərbaycanda oyun zamanı rəqibin etnik mənsubiyyətini təhqir edən futbolçu cəzalanıb

Bakı. 6 dekabr. REPORT.AZ/ AFFA İntizam Komitəsinin bugünkü iclasında Azərbaycan Kubokunun 1/8 final oyunlarında baş verənlərlə bağlı qərarlar çıxarılıb. "Report"un məlumatına görə, ən sərt cəza AZAL - "Rəvan" matçı ilə bağlı olub. 

Görüşün 90+1-ci dəqiqəsində qonaq komandanın futbolçusu Zahid Quliyev aqressiv davranışa görə, birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu vaxt o, rəqibin etnik mənsubiyyətinə qarşı təhqiramiz ifadəyə yol verib. İntizam Komitəsi Quliyevə 7 oyunluq cəza, "Rəvan"a isə 640 manat cərimə kəsib. 

“Qarabağ” – “Səbail” matçının keçirildiyi "Azərsun Arena"da isə radio-informasiya 17 dəqiqə gec verilib. Bununla əlaqədar “Qarabağ”a xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə, klub cəzalanacaq.

“Qaradağ Lökbatan”la oyunda 4 futbolçusu sarı vərəqə alan "İnter", eləcə də "Zaqatala" ilə qarşılaşmada 5 futbolçusuna xəbərdarlıq edildiyi üçün "Qəbələ" klublarının hər birinə 800 manat cərimə tətbiq olunub. 

Son xəbərlər

Orphus sistemi