Azərbaycanda ilin futbolçusu bəlli olub

Azərbaycanda ilin futbolçusu bəlli olub Azərbaycanda ilin ən yaxşı futbolçusu bəlli olub.
Futbol
13 Dekabr , 2021 13:19
Azərbaycanda ilin futbolçusu bəlli olub

Azərbaycanda ilin ən yaxşı futbolçusu bəlli olub.

"Report"un məlumatına görə, bu, İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2021" layihəsində jurnalistlər arasında keçirdiyi sorğuya əsasən bəlli olub.

Azərbaycan millisinin və "Neftçi" klubunun futbolçusu Emin Mahmudov 36 səslə bütün rəqiblərini qabaqlayıb. Polşa "Legiya"sında çıxış edən yığmanın digər üzvü Mahir Emreli 16 səslə ikinci olub. "Qarabağ"dan Filip Ozobiç, Qara Qarayev və Şahruddin Məhəmmədiyev hərəyə 1 səs toplayıblar.

Emin Mahmudov İAM-ın sorğusuna əsasən, Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün futbolçusu seçilmişdi.

Qeyd edək ki, "İlin Qalibləri-2021" layihəsinin baş sponsoru "Azfar Group", sponsoru Azərbaycanın ilk idman geyimi brendi "Il`Azero", informasiya dəstəkçisi "Report", təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionudur.

Son xəbərlər

Orphus sistemi