Azərbaycan Premyer Liqasının oyununda FIFA referisi kobud səhvə yol verib

Futbol
  • 13 mart, 2018
  • 13:09
Azərbaycan Premyer Liqasının oyununda FIFA referisi kobud səhvə yol verib

Bakı. 13 mart. REPORT.AZ/ FIFA referisi Ömər Paşayev Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində “Keşlə” və “Qəbələ” komandaları arasında keçirilən oyunda kobud səhvə yol verib.

“Report”un məlumatına görə, baş hakim qarşılaşmanın 65-ci dəqiqəsində qonaqların müdafiəçisi Voislav Stankoviçin öz cərimə meydançalarının daxilində paytaxt klubunun futbolçusu Sertan Taşkına qarşı kobud oyununa göz yumub. Serbiyalı arxa xətt oyunçusu aşkar şəkildə 21 yaşlı müdafiəçinin ayağına zərbə vursa da, nə Paşayev, nə də yan xətt hakimi Mübariz Haşımov gözlərinin qarşısında baş verən qayda pozuntusunu qeydə almayıblar.

Taşkın isə ayağından aldığı zədədən sonra yerdə qalıb. O, həkim müdaxiləsindən sonra oyunu davam etdirə bilib.

Qeyd edək ki, hazırda hesab 1:1-dir. 

Son xəbərlər

Bütün Xəbər Lenti