Azərbaycan Premyer Liqasında III tura bu gün start veriləcək

Azərbaycan Premyer Liqasında III tura bu gün start veriləcək Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.
Futbol
17 Avqust , 2024 09:00
Azərbaycan Premyer Liqasında III tura bu gün start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

"Kəpəz" "Turan Tovuz"la üz-üzə gələcək. Tovuz şəhər stadionundakı matç saat 18:15-də start götürəcək. Hazırda xalsız olan Gəncə təmsilçisi sonuncu - 10-cu pillədə qərarlaşıb. Tovuz klubu dörd xalla üçüncü sırada yer alıb.

İkinci görüşdə "Sumqayıt" "Səbail"i qəbul edəcək. Oyun saat 20:30-da başlayacaq. "Gənclik şəhəri" təmsilçisi üç xalla 4-5-ci, "dənizçilər" isə bir xalla 7-9-cu yerləri bölüşdürür.

Azərbaycan Premyer Liqası

III tur

17 avqust

18:15. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rauf Allahverdiyev.
VAR: Rauf Cabarov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Tovuz şəhər stadionu

20:30. “Sumqayıt” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, III turun "Şamaxı" - "Qarabağ" və "Zirə" - "Araz-Naxçıvan" qarşılaşmaları təxirə salınıb. Tura avqustun 18-də "Neftçi" - "Sabah" matçı ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi