Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların sayı artıb

Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların sayı artıb Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında çıxış edən klublar 2018/2019 mövsümü üçün, ümumilikdə, 197 futbolçu sifariş verib.
Futbol
4 Mart , 2019 17:23
Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların sayı artıb

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında çıxış edən klublar 2018/2019 mövsümü üçün, ümumilikdə, 197 futbolçu sifariş verib.

“Report” xəbər verir ki, bu barədə AFFA-nın 2018-ci il Hesabatında bildirlir.

Rəsmi sənədə əsasən, 2017/2018 mövsümü ilə müqayisədə azərbaycanlı oyunçuların sayında artım olub. Bu göstərici 119 nəfərdən 130 nəfərə yüksəlib. Legioner sayı isə 66-dan 67-yə çatıb.

Qeydiyyata alınan 197 futbolçudan 124-ü 2017/2018 mövsümdə də Premyer Liqada çıxış edənlərdir. Əsasən, legionerlərdən ibarət yeni oyunçuların sayı 32 nəfərdir. Əvvəlki mövsüm xaricdə oynayan və ya rəsmi yarışlara qatılmayan 15 oyunçu var. 14 nəfər I Diviziondan, 12-si isə əvəzedici heyətdən gələnlərdir.

Qeyd edək ki, 2018/2019 mövsümü üçün 33 məşqçi sifariş olunub.

Son xəbərlər

Orphus sistemi