Azərbaycan Premyer Liqasında çıxış edən beş klub cərimələnib

Azərbaycan Premyer Liqasında çıxış edən beş klub cərimələnib AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən beş klubu cərimələyib.
Futbol
24 Sentyabr , 2024 15:41
Azərbaycan Premyer Liqasında çıxış edən beş klub cərimələnib

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən beş klubu cərimələyib.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "Araz-Naxçıvan" 700 manat ödəməli olacaq.

Buna Naxçıvan təmsilçisinin 5 üzvünün VII turda "Turan Tovuz"a qalib gəldikləri (2:1) matçda sarı vərəqə ilə cəzalandırılmaları səbəb olub.

Tovuz təmsilçisinə isə meydana kənar əşyalar atıldığına görə 800 manat cərimə tətbiq edilib.

"Səbail" klubu da 700 manat ziyana düşüb. "Dənizçilər"in 7 oyunçusu "Sabah"a uduzduqları (2:4) görüşdə sarı vərəqə alıb. Meydan sahiblərinə xəbərdarlıq da edilib. Buna azarkeşlər tərəfindən qonaq komandanın və hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirilməsi səbəb olub.

"Sabah" 4 futbolçusu sarı vərəqə gördüyü üçün eyni məbləği ödəyəcək.

"Sumqayıt" isə "Zirə"yə yenildikləri (0:2) oyunda əsasnamənin tələblərini pozduğu üçün 500 manat ziyana düşüb.

Son xəbərlər

Orphus sistemi