Azərbaycan Premyer Liqası: “Zirə” “Kəpəz”ə 1 qolla qalib gəlib

Azərbaycan Premyer Liqası: “Zirə” “Kəpəz”ə 1 qolla qalib gəlib Azərbaycan Premyer Liqasında II turun oyunları davam edir.
Futbol
12 Avqust , 2023 22:55
Azərbaycan Premyer Liqası: “Zirə” “Kəpəz”ə 1 qolla qalib gəlib

Azərbaycan Premyer Liqasında II turun oyunları davam edir.

“Report”un məlumatına görə, ilk gündə daha bir görüş keçirilib.

I turun sürpriz komandaları “Zirə” və “Kəpəz” birincilərin meydanında üz-üzə gəliblər. Ötən həftə bakılıların çempion “Qarabağ”a, gəncəlilərin isə bürünc mükafatçı “Neftçi”yə qalib gəlməsi matça marağı daha da artırırdı.

Qarşılaşmanın taleyini bir qol həll edib. “Zirə” ikinci hissədə vurduğu yeganə qolla hesabına növbəti 3 xalı yazdırıb. Komandaya qələbəni 64-cü dəqiqədə fərqlənən Qismət Alıyev qazandırıb.

Bu qalibiyyət sayəsində Rəşad Sadıqovun kollektivi maksimum nəticə ilə yoluna davam edib.

Qeyd edək ki, turun ilk görüşündə “Araz-Naxçıvan” “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib. Digər görüşlər avqustun 13-14-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi