Azərbaycan Premyer Liqası: Komandaların hissələr üzrə göstəriciləri - ARAŞDIRMA
- 16 yanvar, 2023
- 12:05
Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə komandaların hissələr üzrə göstəriciləri bəlli olub.
“Report”un araşdırmasına görə, mövsümün geridə qalan 18 turunda “Neftçi” birinci, “Qarabağ” isə ikinci hissələrin lideridir.
İlk 45 dəqiqələrə əsasən, “ağ-qaralar” 10 qalibiyyət, 4 heç-heçə, 4 məğlubiyyətlik nəticə göstəriblər. Oyun bir hissədən ibarət olsaydı, Premyer Liqanın yenilgisiz komandası “Qarabağ”ın passivində hazırda 1 məğlubiyyət olardı.
Matçların ikinci hissəsini isə “Qarabağ” üstün keçirib. Ağdam təmsilçisi görüşlərin fasilədən sonrakı dönəmində rəqiblərindən daha güclü olub. Qurban Qurbanovun kollektivi 48 qoldan 36-nı rəqib qapılarından məhz ikinci hissələrdə keçirib.
Birinci hissələr:
| Y | Klublar | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 10 | 4 | 4 | 12-5 | 34 |
| 2 | Qarabağ | 8 | 9 | 1 | 12-3 | 33 |
| 3 | Sabah | 8 | 8 | 2 | 18-5 | 32 |
| 4 | Qəbələ | 6 | 11 | 1 | 11-3 | 29 |
| 5 | Zirə | 3 | 11 | 4 | 10-11 | 20 |
| 6 | Şamaxı | 3 | 9 | 6 | 6-11 | 18 |
| 7 | Kəpəz | 4 | 5 | 9 | 7-17 | 17 |
| 8 | Turan Tovuz | 2 | 11 | 5 | 5-10 | 17 |
| 9 | Sumqayıt | 2 | 9 | 7 | 4-12 | 15 |
| 10 | Səbail | 2 | 8 | 8 | 5-12 | 14 |
İkinci hissələr:
| Y | Klublar | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 13 | 5 | 0 | 36-5 | 44 |
| 2 | Neftçi | 12 | 3 | 3 | 23-14 | 39 |
| 3 | Sabah | 11 | 4 | 3 | 22-8 | 37 |
| 4 | Zirə | 8 | 5 | 5 | 10-13 | 29 |
| 5 | Şamaxı | 6 | 4 | 8 | 8-17 | 22 |
| 6 | Qəbələ | 5 | 4 | 9 | 9-15 | 19 |
| 7 | Turan Tovuz | 4 | 6 | 8 | 6-12 | 18 |
| 8 | Kəpəz | 3 | 5 | 10 | 9-18 | 14 |
| 9 | Sumqayıt | 2 | 7 | 9 | 6-18 | 13 |
| 10 | Səbail | 2 | 5 | 11 | 8-18 | 11 |