Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun baş tutacaq

Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun baş tutacaq Azərbaycan Premyer Liqasının V turunda bu gün daha iki oyun baş tutacaq.
Futbol
31 Avqust , 2024 10:20
Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun baş tutacaq

Azərbaycan Premyer Liqasının V turunda bu gün daha iki oyun baş tutacaq.

"Report" xəbər verir ki, hər iki oyun bölgələrdə olacaq.

Əvvəlcə "Şamaxı" doğma meydanda "Neftçi" klubunu qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 17:00-da səsləndiriləcək.

Turun digər matçı Tovuz şəhər stadionunda "Kəpəz"lə "Sabah" arasında baş tutacaq. Nicat İsmayıllının idarə edəcəyi oyun saat 19.30-da başlayacaq.

Azərbaycan Premyer Liqası

V tur

31 avqust

17.00. “Şamaxı” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov.
VAR: Rauf Cabarov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı şəhər stadionu

19.30. “Kəpəz” –“Sabah”

Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
VAR: Rauf Allahverdiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu

Qeyd edək ki, turun dünən keçirilmiş matçlarında "Turan Tovuz" evdə "Səbail"i, "Araz-Naxçıvan" isə səfərdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. Tura sabah Zirə İdman Kompleksinin stadionunda baş tutacaq "Zirə" - "Qarabağ" görüşü ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi