Azərbaycan Premyer Liqasında II turun ilk oyun günündə keçiriləcək qarşılaşmalara hakim təyinatları açıqlanıb.
"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Neftçi" - "Sumqayıt" matçı Rəvan Həmzəzadəyə, "Keşlə" - "Qarabağ" oyunu isə Səbuhi Bayramova həvalə olunub.
Qeyd edək ki, "Bakcell Arena"dakı görüş saat 19:00-da, "ASK Arena"dakı oyun isə 21:00-da start götürəcək.
11 sentyabr (cümə)
19:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Fərid Hacıyev
AFFA nümayəndəsi: Asif Əliyev
Hakim-inspektor: Rövşən Əhmədov
"Bakcell Arena"
21:00. “Keşlə” – “Qarabağ”
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Ceyhun Haşımov
"ASK Arena"