Azərbaycan - Moldova matçının hakimləri açıqlanıb

Futbol
  • 30 yanvar, 2018
  • 08:18
Azərbaycan - Moldova matçının hakimləri açıqlanıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan və Moldova milli komandaları arasında bu gün keçiriləcək yoldaşlıq görüşünün hakimləri müəyyənləşib. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma türkiyəli hakimlər briqadasına həvalə edilib. Baş hakim Hüseyin Gökçekə Bahattin Duran, Tarık Onqun yan xətt, Barış Şimşek isə dördüncü hakim qismində yardımçı olacaq. 

Türkiyənin Antalya şəhərindəki “Mardan” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

44 - Tezliklə