Azərbaycan millisinin yeni baş məşqçisi məlum oldu

Futbol
  • 10 iyul, 2020
  • 12:50
Azərbaycan millisinin yeni baş məşqçisi məlum oldu

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib. 

"Report"un milli assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

COVID-19 pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq, AFFA tərəfindən irəli sürülən xüsusi şərtlərlə razılaşacağı təqdirdə, Canni De Byazi ilə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müqavilə imzalansın;

Müqavilənin digər şərtlərinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar davam etdirilsin (İcraiyyə Komitəsi üzvlərinin səs çoxluğu ilə).
Arif Əsədov baş məşqçinin köməkçisi təyin olunsun.

Qeyd edək ki, AFFA-nın irəli sürdüyü xüsusi şərtlərə pandemiya ilə əlaqədar beynəlxalq oyunlar təxirə salınarsa və ya baş məşqçinin Azərbaycana gəlməsi ilə bağlı çətinliklər yaranarsa, maliyyə risklərinin nəzərə alınması daxildir.

Canni De Byazi