Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov vida matçına çıxıb.
“Report”un məlumatına görə, bu, “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında keçirilən yoldaşlıq görüşündə baş tutub.
Bakı klubunun yetirməsi olan 36 yaşlı müdafiəçi “Neftçi Arena”dakı qarşılaşmadan əvvəl təltif edilib. Ona mükafatı “Neftçi” tarixinin ən məhsuldar futbolçusu Samir Ələkbərov təqdim edib.
R.Abışov 15 nömrə altında və kapitan sarğısında meydana start heyətində çıxıb. O, 2 dəqiqə meydanda olduqdan sonra Azər Salahlı ilə əvəzlənib. Azarkeşlər kapitanı alqışlarla yola salıblar.
Qeyd edək ki, karyerası ərzində “Neftçi”, “Xəzər Lənkəran”, “Rubin” (Rusiya), “Qəbələ”, “İnter” (hazırkı “Şamaxı”), “Sabah” və “Zirə” klublarının formasını geyinən Ruslan Abışov bir neçə gün əvvəl karyerasını bitirdiyini açıqlayıb.