Azərbaycan millisinin sabiq futbolçusu: "Sabah" və "Zirə" üçün həlledici oyun Bakıda olacaq

Azərbaycan millisinin sabiq futbolçusu: "Sabah" və "Zirə" üçün həlledici oyun Bakıda olacaq Hər iki klubumuz üçün həlledici oyun Bakıda olacaq.
Futbol
8 Avqust , 2024 16:40
Azərbaycan millisinin sabiq futbolçusu: Sabah və Zirə üçün həlledici oyun Bakıda olacaq

Hər iki klubumuz üçün həlledici oyun Bakıda olacaq.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Mahmud Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Zirə” və “Sabah” klublarının bu gün keçirəcəyi oyunlardan əvvəl deyib.

Mütəxəssis səfərdə Xorvatiyanın “Osiyek” komandası ilə qarşılaşacaq “Zirə”nin şanslarını dəyərləndirib:

“Pley-offun bir addımlığındadırlar. Xorvatiya futbolu güclüdür. Üçüncü təsnifat mərhələsinə qədər gəliblərsə, zəif deyillər. Ciddi rəqiblərdir. Hamı futbol oynamağı bacarır. UEFA Avropa Liqasında məğlub olub Konfrans Liqasına gəlməsinə baxmayaraq, “Zirə” pis çıxış etmir və əvvəlki iki oyunda qələbə qazandı”.

Millimizin sabiq məşqçisi “Sabah”ın İrlandiya təmsilçisi “Sent Patriks Atletik”lə matçdan sərfəli nəticə ilə qayıdacağına inanır:

“Sabah” klubu “Makkabi” (İsrail, Hayfa) ilə ilk oyunda yaxşı çıxış etmişdi. İkinci qarşılaşmada isə müdafiə xətti çox bərbad göründü. Düşünürəm ki, “Sabah”ın müdafiəçiləri əvvəlki səhvləri təkrarlamayacaqlar. Komandalarımızın istədikləri nəticə ilə qayıdacaqlarına inanıram”.

Qeyd edək ki, Xorvatiyada keçiriləcək “Osiyek” - “Zirə” görüşü Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. “Sent Patriks Atletik” - “Sabah” qarşılaşması isə 22:45-də başlayacaq. Təmsilçilərimizin cavab matçları bir həftə sonra Bakıda olacaq.

Son xəbərlər

Orphus sistemi