Azərbaycan millisinin rəqibi: “AVRO-2024-də bunu unutdurmalıyıq”

Azərbaycan millisinin rəqibi: “AVRO-2024-də bunu unutdurmalıyıq” “Avropa çempionatının seçmə mərhələsində bu uğursuzluğu unutdurmalıyıq”.
Futbol
5 Dekabr , 2022 09:39
Azərbaycan millisinin rəqibi: “AVRO-2024-də bunu unutdurmalıyıq”
Tibo Kurtua

“Avropa çempionatının seçmə mərhələsində bu uğursuzluğu unutdurmalıyıq”.

“Report”un məlumatına görə, bunu AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Belçika yığmasının qapıçısı Tibo Kurtua deyib.

Qətərdə keçirilən dünya çempionatında qrupda qalmalarını utancverici adlandıran 30 yaşlı qolkiper bildirib ki, bunun təkrarlanmaması üçün komanda qısa müddətdə toparlanmalıdır: “Martda AVRO-2024-ün seçmə mərhələsi start götürəcək. Artıq orada uğurlu çıxış etmək məcburiyyətindəyik. Heç nə qazanmayanda özünüzü “qızıl nəsil” adlandırmaq çətindir. Biz qızıl nəsil deyilik, Avropanın hər yerindən çoxlu istedadlı oyunçular cəmləşən nəsilik. Builki dünya çempionatındakı çıxışımız utancvericidir. Bunu Avropa çempionatında təkrarlamaq olmaz”.

Kurtua Belçika millisi ilə bağlı hədəflərindən də söz açıb: “AVRO-2024 və DÇ-2026-da yığmanın qapısını qorumaq istəyirəm. Bizim hələ də yaxşı heyətimiz var, uğurlu nəticələr əldə edə bilərik”.

Qeyd edək ki, Belçika yığması AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu martın 24-də İsveçə qarşı keçirəcək. Həmin gün Azərbaycan millisi Avstriyanın qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi