Azərbaycan millisinin Litva yığması ilə yoldaşlıq oyunu üçün start heyəti açıqlanıb
Futbol
- 25 mart, 2019
- 12:41
Futbol üzrə Azərbaycan millisinin Litva yığması ilə yoldaşlıq oyunu üçün start heyəti açıqlanıb.
"Report" xəbər verir ki, baş məşqçi Nikola Yurçeviç qapını Səlahət Ağayevə tapşırıb. Müdafiənin mərkəzində Bədavi Hüseynovla Anton Krivotsyuk, cinahlarda kapitan Maksim Medvedevlə Təmkin Xəlilzadə yer alacaqlar.
Orta xətdə Qara Qarayev, Riçard Almeyda, Eddi İsrafilov və Araz Abdullayev qərarlaşıb. Hücumda isə Rüfət Dadaşovla Ramil Şeydayev olacaq.
Ehtiyat oyunçulara gəlincə, bunlar Emil Balayev, Şahrudin Məhəmmədəliyev, Rahil Məmmədov, Şəhriyar Rəhimov, Ömər Buludov, Mahir Mədətov, Emin Mahmudov, Dimitri Nazarov, Əli Babayev, Namik Ələskərov və Mirabdulla Abbasovdur.
Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək oyun saat 18:00-da başlayacaq.
Son xəbərlər
07:46
Özbəkistan üç il ərzində ABŞ iqtisadiyyatına təxminən 35 milyard dollar sərmayə qoyacaq
Digər ölkələr07:17
Filippində "Kalmaegi" tayfunu nəticəsində ölənlərin sayı 188 nəfərə çatıb
Digər ölkələr06:48
NYT: ABŞ-də Vaşinqton merinə qarşı istintaq başladılıb
Digər ölkələr06:26
Sorğu: Almanların 75%-dən çoxu hökumətin fəaliyyətindən narazıdır
Digər ölkələr06:00
Tokayev: TRIPP marşrutu Orta Dəhlizin gələcək inkişafına töhfə verə bilər
Region05:32
Bolqarıstanda polisdən qaçan 6 miqrant yol qəzasında ölüb
Digər ölkələr05:10
ABŞ Prezidenti: Tramp marşrutu Mərkəzi Asiya xalqlarına kömək edəcək bir yoldur
Region05:02
Qazaxıstan "İbrahim sazişi"nə qoşulub
Region04:40