Azərbaycan millisinin kapitanı: "Hakim iki penaltimizi vermədi"

Futbol
  • 09 may, 2016
  • 07:07
Azərbaycan millisinin kapitanı: Hakim iki penaltimizi vermədi

Bakı. 9 may. REPORT.AZ/ "Oyun çox maraqlı alındı. Sadəcə, hakim çox böyük səhvlərə yol verdi". "Report"un məlumatına görə, bunu Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının kapitanı Elçin Əsədov Bakıdakı Avropa çempionatının 2-ci turunda Belçika ilə keçirdikləri qarşılaşmadan sonra deyib.

O bildirib ki, çexiyalı baş hakim Petr Ardeleanunun yanlış qərarları göz önündə olub: "O, iki penaltimizi vermədi".

Əsədov Azərbaycan millisinin 80 dəqiqəlik oyun boyunca qələbə üçün vuruşduğunu və əllərindən gələni etməyə çalışdıqlarını söyləyib: "Amma alınmadı. Bizə dəstək olan azarkeşlərin hamısına təşəkkürümüzü bildiririk".

Qeyd edək ki, Azərbaycan - Belçika qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.