Azərbaycan millisinin hücumçusu Türkiyə Superliqasında ilk "5-lik"də qərarlaşıb
Futbol
- 14 may, 2024
- 07:20
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov 2023/2024 mövsümündə Türkiyə Superliqasında yaxaladığı fürsətləri daha çox dəyərləndirən hücumçuların sırasında yer alıb.
"Report" xəbər verir ki, bu barədə "DataMB Türkiye" araşdırma aparıb.
24 yaşlı forvard 22,727 % göstərici ilə beşinci pillədə qərarlaşıb. Dadaşov "Adana Dəmirspor"da çıxış edən MBaye Nyanq (29,630 %), "Qalatasaray"dan Mauro İkardi (23,596 %), "Pendikspor"dan Mam Tiam, "Kasımpaşa"dan Nuno da Koştadan ( hər ikisi 23,077 %) geri qalır.
Qeyd edək ki, Hatay təmsilçisi Superliqada 37 xalla 18-ci pillədə qərarlaşıb. Dadaşov ötən il İsveçrə təmsilçisi "Qrasshopper"dən "Hatayspor"a icarəyə verilib. O, cari mövsüm çempionatda 6 qola imza atıb.
Son xəbərlər
08:40
Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Energetika
08:25
Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb
Digər ölkələr
08:19
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
07:44
Ərzurumda minik avtomobili aşıb, iki nəfər ölüb
Region
07:28
Bolsonaru artıq özünü "Braziliyanın seçilmiş prezidenti" hesab etmir
Digər ölkələr
06:54
"The Atlantic": Heqset Pentaqonun baş hərbi strateqini işdən çıxarıb
Digər ölkələr
06:28
ABŞ-də nüvə laboratoriyasında yanğın baş verib, radiasiya sızıntısı qeydə alınıb
Digər ölkələr
05:58
AP: Pentaqon Ukraynada "Starshield"in işindəki fasilələri araşdırmaqdan imtina edib
Digər ölkələr
05:23
Uruqvayda iki təyyarə toqquşub, pilotlardan biri həlak olub
Digər ölkələr