Azərbaycan millisinin futbolçusu "Astana" ilə müqavilə bağlayıb - RƏSMİ
Futbol
- 04 iyul, 2018
- 07:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 iyul. REPORT.AZ/ Qazaxıstanın "Astana" klubu Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda ilə müqavilə bağlayıb.
"Report"un məlumatına görə, bu barədə klubun rəsmi saytında bildirilir. Lakin mərkəz yarımmüdafiəçi ilə müqavilənin müddət və detalları açıqlanmır. O, yeni klubuna azad agent qismində keçib.
"Astana"nın baş məşqçisi "Qəbələ"dən ayrılan Roman Qriqorçukdur.
Qeyd edək ki, Riçard Almeyda 2012-ci ildən "Qarabağ" formasını geyinib. O, 2017-ci ildə Azərbaycan vətəndaşlığını qəbul edərək, milli komandada debüt edib. O, indiyədək yığmanın heyətində 8 oyuna çıxıb. Almeydanın "Qarabağ"la 2017-2018 mövsümünün sonunda başa çatan müqaviləsi uzadılmayıb.
Футболист сборной Азербайджана подписал договор с "Астаной"
Azerbaijani national team player signs contract with "Astana" - OFFICIAL
Son xəbərlər
04:47
Keyn Bundesliqanın 30 ildən sonra ilk "Qızıl yop" mükafatçısı olub
Futbol
04:32
SANA: İordaniya HHQ-nin Suriyaya zərbələri nəticəsində ölənlərin sayı 7-yə çatıb – Yenilənib
Digər ölkələr
03:54
Suriya İordaniya ilə sərhəddə keçid məntəqəsini bağlayıb
Digər ölkələr
03:36
Baqeri: ABŞ danışıqlara ciddi yanaşırsa, Tehranın 7 şərtini qəbul etməlidir
Region
02:57
Harri Keyn 2026-cı ildə "Qızıl top"un yubiley mükafatını qazanıb
Futbol
02:54
Nərimanov rayonunun bir hissəsində bu gün qaz olmayacaq
Energetika
02:22
ABŞ-nin strateji neft ehtiyatları 40 illik minimumu yeniləyib
Digər ölkələr
01:49
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
Digər ölkələr
01:08
Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb
Region