Azərbaycan millisinin Estoniya ilə oyununun stadionu müəyyənləşib

Futbol
  • 16 avqust, 2023
  • 07:14
Azərbaycan millisinin Estoniya ilə oyununun stadionu müəyyənləşib

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniya yığması ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma oktyabrın 13-də Tallin şəhərindəki “Le Kok Arena”da təşkil olunacaq.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

44 filmi