Azərbaycan millisinin çıxış edəcəyi Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib
- 30 yanvar, 2024
- 06:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Amputant futbolçulardan ibarət komandalar arasında Fransada keçiriləcək Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib.
“Report”un məlumatına görə, Azərbaycan millisinin də qatılacağı qitə birinciliyində 16 komanda mübarizə aparacaq.
İyunun 1-8-i aralığında təşkil olunacaq turnirdə millimizlə yanaşı, Türkiyə, İngiltərə, Polşa, İspaniya, İtaliya, İrlandiya, Fransa, Almaniya, Gürcüstan, Ukrayna, İsrail, Yunanıstan, Belçika, Niderland və Şotlandiya komandaları da qüvvələrini sınayacaqlar.
Martın 16-da Avropa çempionatının püşkatma mərasimi keçiriləcək. Komandalar hərəsində 4 iştirakçı olmaqla 4 qrupda yer alacaqlar.
Qeyd edək ki, 2017 və 2021-ci illərdə keçirilən ilk iki Avropa çempionatının qalibi Türkiyə millisi olub.