Robert Prosineçki Türkiyə klubuna təklif olunub

Robert Prosineçki Türkiyə klubuna təklif olunub Baş məşqçinin adı "Bursaspor"la hallanıb
Futbol
28 Dekabr , 2016 09:25
Robert Prosineçki Türkiyə klubuna təklif olunub

Bakı. 28 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Türkiyənin "Bursaspor" klubuna təklif olunub. "Report"un "bursa.com"a istinadən verdiyi məlumata görə, bu addım "timsahlar"ın baş məşqçisi Hamza Hamzaoğlunun istefa verəcəyini açıqlamasından sonra atılıb. 

Dekabrın 26-da keçirilmiş Super Liqanın XVI tur matçında "Gənclərbirliyi"nə səfərdə 1:3 hesablı məğlubiyyətin ardından Hamzaoğlu komandadan getmək istədiyini bildirib. Həmin vaxt kluba yaxın şəxslər bu posta ən ideal namizədin xorvatiyalı mütəxəssis olduğunu bildiriblər. Lakin "Bursaspor"un idarə heyəti iclasda baş məşqçinin istefasını qəbul etməyib və H.Hamzaoğlu komandadakı işinə davam edib.

Qeyd edək ki, Robert Prosineçki bir dəfə Türkiyədə çalışıb. O, 2012/2013 mövsümündə "Kayserispor" komandasının baş məşqçisi olub. Hazırda "Bursaspor"da Azərbaycan millisinin hücumçusu Deniz Yılmaz da çıxış edir. 

Son xəbərlər

Orphus sistemi