Azərbaycan millisinin baş məşqçisi: Futbolçularımız ölkə çempionatında belə güclü təzyiqlə üzləşmirlər

Azərbaycan millisinin baş məşqçisi: Futbolçularımız ölkə çempionatında belə güclü təzyiqlə üzləşmirlər Futbolçularımız ölkə çempionatının oyunlarında bu cür təzyiqlə üzləşmirlər.
Futbol
24 Aprel , 2024 13:15
Azərbaycan millisinin baş məşqçisi: Futbolçularımız ölkə çempionatında belə güclü təzyiqlə üzləşmirlər

Futbolçularımız ölkə çempionatının oyunlarında belə güclü təzyiqlə üzləşmirlər.

Bunu “Report”a Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi İlham Yadullayev deyib.

Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində meydan sahiblərinə 0:4 hesabı ilə uduzan yığmamızın çalışdırıcısı məğlubiyyət barədə danışıb: “Hesabın böyük olması bizim üçün ağırdır. Rəqib fiziki cəhətdən də güclü idi. Daim pressinq edib, komandamızı təzyiq altında saxlayırdılar. Qarşılaşmadan əvvəl rəqibi təhlil etmişdik. Lakin ilk dəqiqələrdən futbolçularımızda həyəcan hiss olunurdu. Bu vəziyyətdən istifadə edən Belarus millisi qollar vurdu. İkinci hissədə fərqli oyun izlədik. Hücumameyilli futbolçuları meydana buraxdıq və 1-2 qol şansı yaxaladıq. Amma hücumlarımız nəticəsiz qaldı”.

Qeyd edək ki, Azərbaycanın U-17 millisi aprelin 25-i, saat 16:00-da Özbəkistan, aprelin 28-i, saat 13:00-da isə Tacikistan yığması ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi