Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə ilk oyununa çıxacaq.
"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda Bakı Olimpiya Stadionunda Lüksemburqu qəbul edəcək.
İngiltərəli Kris Kavananın idarə edəcəyi qarşılaşma saat 20:00-da başlayacaq.
Bu, 64 yaşlı italiyalı mütəxəssisin millidə ilk sınağı olacaq. Azərbaycan yığması 2018/2019 mövsümündən fərqli olaraq bu dəfə turnirin C Liqasında mübarizə aparır. 1-ci qupda Kipr və Monteneqro kollektivləri də yer alıb.
Komandanın iki üzvü - Dmitri Nazarov və Eddi İsrafilov müvafiq olaraq Almaniya və İspaniyadakı koronavirusla bağlı vəziyyətə görə toplanışa qoşula bilməyib. Yunanıstanın "Atromitos" klubundan yığmaya dəvət alan Əmir Ağayevin durumu ilə bağlı isə FIFA hələ yekun qərarını açıqlamayıb.
Bu qrupun digər oyununda Kipr seçməsi evdə Monteneqro yığmasını qəbul edəcək.
UEFA Millətlər Liqası
C Liqası, I qrup
5 sentyabr
20:00. Azərbaycan - Lüksemburq
Hakimlər: Kris Kavana, Daniel Riçard Kuk, Sian Massey, Pol Tirni
Bakı Olimpiya Stadionu
Qeyd edək ki, Azərbaycan yığması 3 gün sonra Millətlər Liqasında Kiprin qonağı olacaq.