Azərbaycan millisi tarixində 14 dəfə 5 və ya daha çox top fərqi ilə məğlub olub

Azərbaycan millisi tarixində 14 dəfə 5 və ya daha çox top fərqi ilə məğlub olub Azərbaycan millisi tarixində 14 dəfə 5 və ya daha çox top fərqi ilə məğlub olub.
Futbol
28 Mart , 2023 10:05
Azərbaycan millisi tarixində 14 dəfə 5 və ya daha çox top fərqi ilə məğlub olub

Azərbaycan millisi tarixində 14 dəfə 5 və ya daha çox top fərqi ilə məğlub olub.

“Report”un araşdırmasına görə, yığma sonuncu belə yenilgisini AVRO-2024-ün seçmə mərhələsində İsveçlə keçirilən səfər matçında alıb.

Dünən Stokholmda baş tutan görüşdə Azərbaycan seçməsi yeddinci dəfə meydanı 5 top fərqli məğlubiyyətlə tərk edib. Milli dörd dəfə 0:6, bir dəfə 0:7, bir dəfə 0:8, bir dəfə isə 0:10 hesabına üzülüb.

Ümumiyyətlə, Azərbaycan millisi tarixində 288 oyun keçirib. Bu müddətdə 56 qələbəsi olan komanda 76 dəfə heç-heçə edib və 156 qarşılaşmada uduzub. 288 matçda 218 qol vuran futbolçular 479 top buraxıblar.

19 aprel 1994-cü il. Yoldaşlıq oyunu
Ta Qali. Malta - Azərbaycan – 5:0

6 sentyabr 1995-ci il. AÇ-1996-nın seçmə mərhələ oyunu
Oser. Fransa – Azərbaycan – 10:0

2 iyun 1996-cı il. DÇ-1998-in seçmə mərhələ oyunu
Oslo. Norveç – Azərbaycan – 5:0

11 oktyabr 1997-ci il DÇ-1998-in seçmə mərhələ oyunu
Sürix. İsveçrə - Azərbaycan – 5:0

26 mart 1999-cu il. AÇ-2000-nin seçmə mərhələ oyunu
Gimaraeş. Portuqaliya – Azərbaycan – 7:0

18 fevral 2004-cü il. Yoldaşlıq oyunu
Təl-Əviv. İsrail – Azərbaycan – 6:0

26 mart 2005-ci il. DÇ-2006-nın seçmə mərhələ oyunu
Varşava. Polşa – Azərbaycan – 8:0

15 avqust 2006-cı il. Yoldaşlıq oyunu
Kiyev. Ukrayna – Azərbaycan – 6:0

24 mart 2007-ci il. AÇ-2008-in seçmə mərhələ oyunu
Varşava. Polşa – Azərbaycan – 5:0

17 oktyabr 2007-ci il. AÇ-2008-in seçmə mərhələ oyunu
Bakı. Azərbaycan – Serbiya – 1:6

9 iyun 2009-cu il. Yoldaşlıq oyunu
Bakı. Azərbaycan – İspaniya – 0:6

7 sentyabr 2010-cu il. AÇ-2012-nin seçmə mərhələ oyunu
Köln. Almaniya – Azərbaycan – 6:1

13 oktyabr 2014-cü il. AÇ-2016-nın seçmə mərhələ oyunu
Osiyek. Xorvatiya – Azərbaycan – 6:0

27 mart 2023-cü il. AÇ-2024-ün seçmə mərhələ oyunu
Stokholm. İsveç – Azərbaycan – 5:0

Son xəbərlər

Orphus sistemi