Azərbaycan millisi seçmə mərhələyə qələbə ilə başlayıb
Futbol
- 06 aprel, 2022
- 14:49
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda mübarizəyə başlayıb.
"Report"un məlumatına görə, B liqasının I qrupunda mübarizə aparan yığma Farer adaları ilə qarşılaşıb. Şimali İrlandiyanın Larn şəhərindəki "İnver Park" stadionunda baş tutan görüş Vüqar Əsgərlinin baş məşqçi olduğu kollektivin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Yığmanın heyətində qolları 20-ci dəqiqədə Aysun Muradova və 41-ci dəqiqədə Pərvin Səfərəliyeva vurublar.
Qeyd edək ki, bu qrupun digər oyununda ev sahibi Şimali İrlandiya Malta seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Azərbaycan millisi qrupdakı ikinci matçını aprelin 9-da Maltaya qarşı keçirəcək.
Son xəbərlər
16:20
Ukrayna SEPAH-ın Dubayda antidron sistemləri anbarına zərbə endirməsi barədə bəyanatını təkzib edib
Region16:13
"Azərişıq": Sumqayıtda sel suları yarımstansiya və transformator məntəqələrinə dolub
Energetika16:04
Foto
Bakıda iki icra başçısı subasma hadisəsi baş verən əraziyə gəliblər
Daxili siyasət15:56
Azərbaycanda qaymaq və xama istehsalı artıb
Biznes15:47
BƏƏ qüvvələri İranın 20 ballistik raketini məhv edib
Digər ölkələr15:44
Foto
Oğuzda ağacların kəsilməsinə görə cinayət işi açılıb
Hadisə15:37
Aqil Nəbiyev: "Hədəfimiz Malta ilə oyunda qələbə qazanmaqdır"
Futbol15:23
Paşinyan Rusiyaya səfər etməyi planlaşdırır
Region15:15