Azərbaycan millisi FİFA-nın reytinq siyahısında mövqeyini qoruyub
Futbol
- 04 may, 2017
- 08:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 may. REPORT.AZ/ FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.
“Report”un məlumatına görə, futbol üzrə Azərbaycan milli komandasının mövqeyində ötən ayla müqayisədə dəyişiklik baş verməyib. Robert Prosineçkinin baş məşqçi olduğu kollektiv siyahıda 87-ci pillədə qərarlaşıb.
2018-ci il Dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərə gəldikdə, onların da mövqeyi dəyişməz qalıb. Almaniya (1464 xal) 3-cü, Şimali İrlandiya (823 xal) 26-cı, Çexiya (679 xal) 42-ci, Norveç (387 xal) 86-cı, San Marino isə (12) 204-cü pillədədir.
Xalını 1672-ə çatdıran Braziliya zirvədəki yerini qoruyub. Argentina isə 1603 xalla 2-ci sıradadır.
Qeyd edək ki, növbəti reytinq siyahısı iyunun 1-də açıqlanacaq.
Son xəbərlər
01:50
Latviya Rusiya ilə sərhədini bağlamağı nəzərdən keçirəcək
Digər ölkələr
01:18
SEPAH: Hörmüz boğazında üç neft tankerində partlayış olub
Region
01:05
Foto
Türkiyədə leysan yağışları bir sıra fəsadlara yol açıb
Region
00:58
"Bloomberg": Huanq rəhbərliklə razılaşdırılmadan "Nvidia"ya qaytarılıb
Biznes
00:22
NATO Rusiya raketlərinin düşməsindən sonra Polşaya "AWACS" kəşfiyyat təyyarəsi göndərəcək
Digər ölkələr
00:07
ABŞ bir həftə ərzində Hörmüz vasitəsilə 108 milyon barel neft daşındığını açıqlayıb
Digər ölkələr
23:59
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Hadisə
23:54
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
Digər ölkələr
23:31
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb
Digər ölkələr