Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək

Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.
Futbol
13 Noyabr , 2024 09:58
Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.

"Report"un məlumatına görə, VI qrupda yer alan yığma Macarıstanla üz-üzə gələcək.

Rumıniyanın Tunari şəhərindəki eyniadlı stadionda təşkil olunacaq qarşılaşmanı moldovalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Avropa çempionatının seçmə mərhələsi

VI qrup

13 noyabr


14:00. Macarıstan - Azərbaycan

Hakimlər: Yon Orlik, Vadim Vikol (hər ikisi Moldova), Adrian Vorniku, Vlad Baban (hər ikisi Rumıniya).

Tunari, "Tunari" stadionu.

Son xəbərlər

Orphus sistemi