Azərbaycan milli komandasının yeni formaları nümayiş olunub

Azərbaycan milli komandasının yeni formaları nümayiş olunub "Nike" firmasının istehsalı olan geyimlər AFFA-nın rəsmi saytı vasitəsi ilə təqdim edilib
Futbol
8 İyun , 2017 11:07
Azərbaycan milli komandasının yeni formaları nümayiş olunub

Bakı. 8 iyun. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının yeni formaları nümayiş olunub.

“Report”un məlumatına görə, yığmanın iyunun 10-da Şimali İrlandiya kollektivi ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçında ilk dəfə istifadə edəcəyi "Nike" firmasının istehsalı olan geyimlər AFFA-nın rəsmi saytı vasitəsi ilə təqdim edilib.

Qeyd edək ki, AFFA bir neçə ildir "Umbro" ilə əməkdaşlıq edirdi. AFFA Azərbaycan milli komandası üçün AVRO-2016-nın seçmə mərhələsinin sonuna qədər kifayət edəcək sayda geyim əldə edib. Mövcud geyim dəstlərindən qənaətlə istifadə olunduğu üçün millinin DÇ-2018-in geridə qalan oyunlarında da Umbro şirkətinin istehsalı olan formalardan istifadə olunub. Seçmə mərhələnin digər qarşılaşmaları üçün forma almaq məqsədilə AFFA bir neçə, o cümlədən Umbro və Nike şirkətləri ilə danışıqlar aparıb. "Nike" "Umbro" ilə müqayisədə tələb olunan geyimləri daha tez və 11 faiz ucuz qiymətə təmin edib. Bu səbəbdən, AFFA ilə Nike arasında razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi