Azərbaycan Kubokunun finalında iki yubiley qeydə alınıb

Azərbaycan Kubokunun finalında iki yubiley qeydə alınıb Azərbaycan Kubokunun final oyunu “Neftçi” və “Qəbələ” üçün yubileylə əlamətdar olub.
Futbol
5 İyun , 2023 11:26
Azərbaycan Kubokunun finalında iki yubiley qeydə alınıb

Azərbaycan Kubokunun final oyunu “Neftçi” və “Qəbələ” üçün yubileylə əlamətdar olub.

“Report”un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, bakılılar 170-ci, bölgə təmsilçisi isə 80-ci kubok sınağına çıxıb.

0:1 hesabı ilə uduzan “ağ-qaralar” 93 qələbə qazanıb, 38 heç-heçə etdiyi turnirdə 39-cu dəfə məğlub olub.

“Qırmızı-qaralar” 44-cü qələbəsini əldə edib. “Qəbələ”nin 19 heç-heçə və 17 məğlubiyyəti var.

“Neftçi”nin top fərqi 264-111-dir. Qəbələnin eyniadlı klubunda bu rəqəm 133-75-ə bərabərdir.

Qeyd edək ki, finalda rəqibini 1:0 hesabı ilə məğlub edən “Qəbələ” Azərbaycan Kubokunun qalibi olub.

Son xəbərlər

Orphus sistemi