Azərbaycan Kuboku: I Divizion klubu 7 mövsümdən sonra mərhələ adladı

Azərbaycan Kuboku: I Divizion klubu 7 mövsümdən sonra mərhələ adladı Azərbaycan Kubokunun son 7 mövsümündə ilk dəfə Premyer Liqa klubu I Divizion təmsilçisinə uduzub
Futbol
26 Yanvar , 2021 11:55
Azərbaycan Kuboku: I Divizion klubu 7 mövsümdən sonra mərhələ adladı

Azərbaycan Kubokunun son 7 mövsümündə ilk dəfə Premyer Liqa klubu I Divizion təmsilçisinə uduzub.

"Report"un məlumatına görə, bu, 1/8 finalın “Sabah” – “Kəpəz” oyununa təsadüf edib. Gənc təmsilçisi rəqibini 2:1 hesabı ilə üstələyib.

Sonuncu belə hadisə 2013/2014 mövsümündə qeydə alınıb. 2013-cü il dekabrın 4-də “Araz Naxçıvan” öz meydanında “Simurq”u mübarizədən kənarlaşdırıb. 2609 gün əvvəlki görüş 2:2 hesabı ilə başa çatıb və qalibi penaltilər seriyası müəyyənləşdirib. Meydan sahibləri daha dəqiq olub – 4:2.

Həmin mövsümün digər 5 duelində (ikisi daha tez, biri eyni vaxtda başlayıbsa, ikisi gec start götürüb) Premyer Liqa klubları I Divizion komandalarını yarışdan kənarlaşdırıb. 2014/2015, 2015/2016 mövsümlərində 6, 2016/2017, 2017/2018 mövsümlərində 8, 2018/2019 və 2019/2020 mövsümlərində 4, həmçinin cari mövsümün əvvəlki 3 matçında da eyni hadisə yaşanıb.

Son xəbərlər

Orphus sistemi