Azərbaycan klubları yenidən koronavirus testindən keçəcəklər

Azərbaycan klubları yenidən koronavirus testindən keçəcəklər Azərbaycan Premyer Liqasının oyunlarının bərpasından əvvəl klubların futbolçuları və məşqçi heyəti mütləq şəkildə koronavirus testinə cəlb olunacaq.
Futbol
31 May , 2020 15:53
Azərbaycan klubları yenidən koronavirus testindən keçəcəklər

Azərbaycan Premyer Liqasının oyunlarının bərpasından əvvəl klubların futbolçuları və məşqçi heyəti mütləq şəkildə koronavirus testinə cəlb olunacaq. 

"Report"un məlumatına görə, bu barədə qərar AFFA-nın təşəbbüsü ilə təşkil olunan Klublar Komitəsinin iclasında qəbul edilib. 

 Sonrakı dövrlərdə testin təkrar keçirilib-keçirilməməsi barədə qərarı hər bir klub fərdi qaydada çıxara bilər. Oyunlar bərpa olunduqdan sonra hər hansı futbolçu və ya məşqçinin COVID-19 testi müsbət nəticələnəcəyi təqdirdə, AFFA müvafiq dövlət strukturları ilə danışıqlardan sonra müvafiq təlimatlara uyğun hərəkət edəcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq. "Qəbələ"dən başqa digər komandalar bir dəfə koronavirus testindən keçib. 

Son xəbərlər

Orphus sistemi