Azərbaycan klubları indiyədək 5 transferi rəsmiləşdirib

Azərbaycan klubları indiyədək 5 transferi rəsmiləşdirib Azərbaycan klubları üçün qış transfer pəncərəsi yanvarın 10-da açılsa da, Premyer Liqa təmsilçiləri daha əvvəldən heyətlərini gücləndirməyə başlayıb
Futbol
10 Yanvar , 2022 11:38
Azərbaycan klubları indiyədək 5 transferi rəsmiləşdirib

Azərbaycan klubları üçün qış transfer pəncərəsi bu gün açılsa da, Premyer Liqa təmsilçiləri daha əvvəldən heyətlərini gücləndirməyə başlayıb.

"Report"un məlumatına görə, hələlik son çempion "Neftçi" transferlərdə daha aktiv təsir bağışlayır.

"Ağ-qaralar" iki yeni futbolçu transfer edibsə, bir oyunçusunu icarəyə göndərib, digəri ilə yollarını ayırıb.

Turnir cədvəlinin lideri "Qarabağ" hələlik Ukrayna "Minay"ından Rüstəm Əhmədzadənin keçidini rəsmiləşdirib. Bundan əlavə, hələlik "Sumqayıt" klubu Vüqar Bəybalayevin transferini açıqlayıb, "Keşlə" isə "Neftçi"dən Fəhmin Muradbəylini icarəyə götürüb.

"Qarabağ"
Gələn:
Rüstəm Əhmədzadə (“Minay”, Ukrayna)
Gedən: yoxdur
Müqavilə müddətini uzadan: yoxdur

"Qəbələ"
Gələn:
yoxdur
Gedən: yoxdur
Müqavilə müddətini uzadan: yoxdur

"Neftçi"
Gələnlər:
Azər Salahlı ("Keşlə"), Eddi İsrafilov (azad agent), Elton Əlibəyli (“Səbail”: icarədən qayıdıb)
Gedənlər: Fəhmin Muradbəyli ("Keşlə": icarəyə), Romen Bask ("Şatoru", Fransa)
Müqavilə müddətini uzadan: yoxdur

"Zirə"
Gələn:
yoxdur
Gedən: Georgi Stoilov
Müqavilə müddətini uzadan: yoxdur

"Sabah"
Gələn:
yoxdur
Gedənlər: Petar Skuletiç, Saşa Stamenkoviç
Müqavilə müddətini uzadan: yoxdur

"Keşlə"
Gələnlər:
Fəhmin Muradbəyli ("Neftçi": icarəyə)
Gedənlər: Azər Salahlı ("Neftçi"), Anatole Abanq, Con Kamara, Omar Qudiabi, Nicat Qurbanov
Müqavilə müddətini uzadan: yoxdur

"Sumqayıt"
Gələnlər:
Aleksey Baqa (baş məşqçi), Vüqar Bəybalayev (azad agent)
Gedənlər: Ayxan Abbasov (baş məşqçi), Roman Hüseynov ("Kəpəz"), Səid Rza
Müqavilə müddətini uzadan: yoxdur

"Səbail"
Gələn:
yoxdur
Gedənlər: Elton Əlibəyli ("Neftçi": icarədən qayıdıb), Elşən Abdullayev
Müqavilə müddətini uzadan: yoxdur.

Qeyd edək ki, qış transfer pəncərəsi fevralın 9-da bağlanacaq.

Son xəbərlər

Orphus sistemi