Azərbaycan çempionunun rəqibi PSJ klubunun futbolçusunu heyətinə qatıb

Azərbaycan çempionunun rəqibi PSJ klubunun futbolçusunu heyətinə qatıb “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi Portuqaliya “Braqa”sı Fransanın PSJ klubunun futbolçusu Şer Nduru heyətinə qatıb.
Futbol
24 Yanvar , 2024 10:00
Azərbaycan çempionunun rəqibi PSJ klubunun futbolçusunu heyətinə qatıb

Azərbaycan Premyer Liqasının son qalibi “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi Portuqaliya “Braqa”sı Fransanın PSJ klubunun futbolçusu Şer Nduru heyətinə qatıb.

“Report” xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.

Klublar arasında danışıqlar müsbət yekunlaşıb. Razılığa əsasən, 19 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Braqa”da çıxış edəcək. Futbolçu yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra müqavilə bağlayacaq.

Şer Ndur PSJ-yə 2023-cü ilin yayında Portuqaliyanın digər təmsilçisi “Benfika”dan keçib. O, bu mövsüm parislilərin heyətində 4 matçda iştirak edib, hesabına 1 qol yazdırıb.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi