Azərbaycan - Almaniya oyununun yeri rəsmən dəyişdirilib
Futbol
- 14 noyabr, 2016
- 09:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 noyabr. REPORT.AZ/ 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Bakıda Azərbaycan və Almaniya yığmaları arasında keçiriləcək oyunun yeri dəyişdirilib.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionuna təyin edilib.
Daha əvvəl bu oyunun Bakı Olimpiya Stadionunda (BOS) təşkili nəzərdə tutulmuşdu. Lakin 2017-ci il IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar BOS-da müvafiq təşkilati işlərin həyata keçiriləcəyi nəzərə alınaraq, bu addım atılıb. Məsələ ilə bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət ünvanlanıb.
Qeyd edək ki, Azərbaycan - Almaniya oyunu martın 26-da keçiriləcək.
Son xəbərlər
15:47
Foto
ƏƏSMN-in kollektivi şəhidlərin əziz xatirəsini ehtiramla anıb
Daxili siyasət
15:43
Foto
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib
Daxili siyasət
15:42
Foto
Vətən övladlarının xatirəsi Gənclər və İdman Nazirliyinin kollektivi tərəfindən yad olunub
Daxili siyasət
15:38
Foto
FHN-in kollektivi Zəfər abidəsinin önünə gül dəstələri düzüb
Daxili siyasət
15:34
Foto
Video
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Hərbi
15:27
Şahrudin Məhəmmədəliyev "Qarabağ"da 100-cü Premyer Liqa oyununa çıxıb
Futbol
15:24
Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub
Digər ölkələr
15:19
İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib
Digər ölkələr
15:15
Foto
Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı və Şirvanda Zəfər Günü qeyd olunub
Daxili siyasət