“Ayaks” tarixinin ən pis mövsümünə start verib
- 09 oktyabr, 2023
- 03:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Niderlandın "Ayaks" futbol klubu tarixində ən pis mövsümə start verib.
"Report"un məlumatına görə, komanda bir gün əvvəl Erediviziyanın VIII turunun ev oyununda "AZ Alkmaar"a 1:2 hesabı ilə uduzub.
Amsterdam klubu yeni mövsümün ilk 6 matçında 5 xal toplayıb. Bu isə Niderlandın ən titullu klubunun tarixində ən pis başlanğıcdır. “Ayaks” həmçinin ardıcıl 7 oyunda (3-ü Avropa Liqasında, 4-ü Erediviziyada) qələbə qazana bilməyib.
Bundan başqa, komanda 1999-cu ilin aprelindən sonra ilk dəfə ölkə çempionatında ardıcıl üç oyunda məğlub olub. 1999-cu ildəki antirekord 4 ardıcıl məğlubiyyət idi. Eyni zamanda “Ayaks” 2001-ci ilin noyabrından ilk dəfə Niderland çempionatında ardıcıl iki ev oyununda məğlub olub.
Moris Steynin yetirmələri Niderland çempionatında 6 turdan sonra 5 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.