"Ayaks" komadan ayılan futbolçusuna təzminat ödəyəcək
Futbol
- 21 fevral, 2022
- 17:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Niderland "Ayaks"ı sabiq futbolçusu Abdelhak Nuriyə 7,85 milyon avro təzminat ödəyəcək.
"Report" xəbər verir ki, Amsterdam təmsilçisi 2017-ci ildə Almaniya "Verder"inə qarşı yoldaşlıq matçında infarkt keçirərək huşunu itirən Mərakeş əsilli yarımmüdafiəçinin ailəsi ilə uzun müddət davam edən danışıqlardan sonra bu qərara gəlib.
Paytaxt klubu həmin hadisədən sonra komaya düşən oyunçu ilə müqaviləni 2020-ci ildə pozmuşdu. "Ayaks" sözləşməyə vaxtından əvvəl xitam verdiyi üçün futbolçuya kompensasiya ödəməyə razılaşıb.
Qeyd edək ki, Abdelhak Nuri komadan 2 il 8 ay sonra ayılıb.
Son xəbərlər
12:01
Anar Axundov: 2027-2030-cu illər üçün sosial-iqtisadi inkişaf Strategiyası hazırlanacaq
Daxili siyasət
12:00
Azərbaycanda avtomobil və daşınmaz əmlak satışında ƏDV hesablanma qaydası dəyişir
Biznes
11:52
DVX: Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10 % güzəşt ediləcək
Maliyyə
11:51
DVX: İxrac olunan təkrarsığorta xidmətlərinə 25 %-lik vergi güzəşti nəzərdə tutulur"
Maliyyə
11:49
Nicat İmanov: "İki il fəaliyyət göstərən KOB-lara 25 %-lik vergi güzəşti veriləcək"
Maliyyə
11:47
Azərbaycan futzal millisinin kapitanı Emin Kürdov: "Qazandığımız hər bir xal qızıla bərabərdir"
Futbol
11:46
Orxan Nəzərli: "Mikro sahibkarların ödədiyi vergilər növbəti il tam həcmdə qaytarılacaq"
Biznes
11:44
Sahil Babayev: Təhsil və elm xərcləri ÜMD-in 3,8 %-ə bərabərdir
Elm və təhsil
11:44
Kartvelişvili: Çinlə əməkdaşlıqla yanaşı, Azərbaycan və Türkiyə ilə strateji əlaqələri gücləndirmək vacibdir
Region