"Qarabağ"ın potensial rəqibi aparıcı futbolçusu ilə müqaviləni yeniləyib
Futbol
- 10 avqust, 2019
- 05:06
UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində “Qarabağ”ın potensial rəqibi olan Hollandiya təmsilçisi “Ayaks” futbolçusu Hakim Ziyeş ilə müqavilənin müddətini uzadıb.
"Report"un məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi 2022-ci ilin yayına qədər Amsterdam təmsilçisinin şərəfini qoruyacaq. Mərakeşli oyunçu 2016-cı ildən Hollandiya klubunun formasını geyinir.
Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində Kipr APOEL-ini keçəcəyi təqdirdə, PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq. Ağdam təmsilçisi Nikosiyadakı ilk görüşdə 2:1 hesablı qələbə qazanıb. "Ayaks" isə Yunanıstandakı qarşılaşmadan heç-heçə ilə (2:2) qayıdıb. ÇL-in III təsnifat mərhələsinin cavab matçları avqustun 13-də olacaq.
Son xəbərlər
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (08.12.2025)
Maliyyə09:03
Azərbaycan Premyer Liqasının XIV turunda növbəti oyunlar keçiriləcək
Futbol08:51
Pentaqona Avropadakı hərbçilərinin sayını 76 mindən aşağı salmaq qadağan edilir
Digər ölkələr08:46
Çinlə ABŞ arasında ticarət həcmi 17,5% azalıb
Digər ölkələr08:33
AEBA ekspertləri "Fukusima" AES-də suyun axıdılması prosesini yoxlayacaq
Digər ölkələr08:18
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:17
Pentaqon qarşıdakı iki ildə Ukraynaya dəstək üçün 800 milyon dollar xərcləyəcək
Digər ölkələr08:09
Kamboca Tailandı sülh bəyannaməsini pozmaqda ittiham edib
Digər ölkələr07:37