“Axmat” - “Spartak” oyununda hakimi mikrofonla təhqir edən şəxs işdən çıxarılıb - VİDEO
- 12 avqust, 2019
- 06:55
Rusiya Premyer Liqasının V turu çərçivəsində keçirilən “Axmat” – “Spartak” oyununda insident baş verib.
“Report” championat.com saytına istinadən xəbər verir ki, meydan sahiblərinin mətbuat xidmətinin əməkdaşı Rizvan Edilsultanov matçın 77-ci dəqiqəsində Çeçenistan təmsilçisinin futbolçusu Ablya Mbenqə qırmızı vərəqə göstərən referi Aleksey Suxoyu təhqir edib. O, diktor otağındakı mikrofon vasitəsi ilə “hakim - keçi” qışqırıb.
Hadisədən sonra həmin şəxsin işindən azad edildiyi bildirilir. Görüş “Spartak”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 2013-cü ildə də “Axmat Arena”da oxşar hadisə baş verib. “Terek” – “Rubin” oyunu zamanı Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov referi Mixail Vilkova “satılmış hakim, sən keçisən” söyləmişdi.