Avstriya millisinin futbolçusunda xərçəng aşkar edilib
Futbol
- 27 iyul, 2023
- 13:43
Avstriya millisinin futbolçusu Ştefan Laynerdə xərçəng aşkar edilib.
“Report” xəbər verir ki, bu barədə 31 yaşlı müdafiəçinin formasını geyindiyi Almaniyanın “Borussiya” (Mönxenqladbax) klubu məlumat yayıb.
Bildirilib ki, tibbi müayinə zamanı sağ cinah oyunçusunun lenf xərçənginə yoluxduğu müəyyənləşib. Bu üzdən Layner uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Onun bir neçə ay müalicə alacağı vurğulanıb.
Həkimlər hesab edirlər ki, xəstəlik erkən aşkar edildiyindən, Laynerin müalicə ilə sağlamlığına qovuşmaq şansı yüksəkdir.
Qeyd edək ki, Ştefan Layner 2019-cu ildən Mönxenqladbax “Borussiya”sının formasını geyinir.
Son xəbərlər
06:42
Starmer İran ətrafında baş verənlər fonunda təcili iqtisadi iclas çağırıb
Digər ölkələr06:14
KİV: ABŞ İranın Xarq adasını ələ keçirmək istəyir
Digər ölkələr05:48
Kim Çen In yenidən KXDR-də Dövlət İşləri Şurasının Sədri seçilib
Digər ölkələr05:23
Qızıl fyuçerslərinin qiyməti düşməkdə davam edir
Maliyyə04:44
KİV: İsrail İrana hücumlarda 50 illik bombalardan istifadə edir
Digər ölkələr04:12
İranda işıq problemi olmayacaq
Region03:48
"Qatar Airways" təyyarələrinin bir hissəsini İspaniyada saxlayacaq
Digər ölkələr03:14
Şahbaz Şərif Rusiyada Putinlə görüşəcək
Region02:47