Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropada son 10 ilin rəmzi komandasını açıqlayıb.
"Report" xəbər verir ki, ən yaxşı "11-lik"də Almaniya "Bavariya"sı və İspaniya "Real Madrid"indən 3 futbolçu yer alıb.
Siyahıda İtaliya "Yuventus"unun hücumçusu Kriştianu Ronaldunun da adı var.
Qapıçı: Manuel Noyer ("Bavariya", Almaniya)
Müdafiəçilər: Filip Lam (Almaniya, karyerasını bitirib), Serxio Ramos ("Real Madrid", İspaniya), Vircil van Deyk ("Liverpul", İngiltərə), Leonardo Bonuççi ("Yuventus", İtaliya)
Yarımmüdafiəçilər: Toni Kroos ("Real Madrid"), Andres İnyesta ("Vissel Kobe", Yaponiya), Luka Modriç ("Real Madrid")Ş Kevin De Bröyne ("Mançestere Siti", İngiltərə)
Hücumçular: Kriştianu Ronaldu ("Yuventus"), Robert Levandovski ("Bavariya")